AXCP sədrinin mühafizəçisinin məhkəməsi təxirə salınıb
İyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Növbəti məhkəmə prosesi iyulun 2-si saat 11:00-da davam edəcək. Niyaməddin Əhmədov ötən ilin aprel ayında karantin qaydalarını pozma ittihamıyla saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası kəsilib. Bu cəza başa çatandan sonra ona qarşı Cinayət Məcəlləsinin (214. 1 terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Azərbaycan Xalq Cəbhəsi Partiyası Niyaməddin Əhmədovun həbsini siyasi hesab edir.
Episodes
-
Noyabr 23, 2024
Qonaqların COP29-un təşkilatçılığı haqda fikirləri
-
Noyabr 23, 2024
Heyvansevər sığınacağı vasitəsilə 100-dən çox iti xilas edib