Asif Yusifli: "Verilən vəsatətlər təmin olunmur"
Mayın 31-də Bakı Apelyasiya Məhkəməsində "Orduya dəstək" məqsədilə keçirilən yürüşlə bağlı həbs edilən 12 nəfərin məhkəmə prosesi keçirilib. AXCP Rəyasət Heyətinin üzvü, təqsirləndirilən şəxslərdən biri olan Asif Yusifli bildirib ki, bugünkü prosesdə 10-dan çox vəsatət verilsə də, onlardan heç biri təmin olunmayıb. Növbəti məhkəmə prosesi iyunun 11-nə təyin olunub. "Orduya dəstək" yürüşüylə əlaqədar həbs edilən 37 nəfərin işinə məhkəmə üç ayrı qrupda baxır. Onlar barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilir və hər biri elektron bilərzik taxır.
Episodes
-
Noyabr 25, 2024
Gürcüstan parlamenti müxalifətsiz açılış edib
-
Noyabr 25, 2024
Teymur Kərimovun məhkəmə prosesində vəsatətlərə baxılıb
-
Noyabr 25, 2024
Bakı Apellyasiya məhkəməsi İqbal Əbilovu həbsdə saxladı