"KekaMaps" - Əngəlsiz xəritə
"Kekamaps" layihəsi "Şərq tərəfdaşlığı vətəndaş cəmiyyəti platforması"nın adaptasiya sprinti müsabiqəsinin Azərbaycan üzrə qalibidir. Bu layihə ilk dəfə Ukraynada Provodnik.online adı ilə istifadəyə verilib və komanda Adaptasiya Sprinti proqramı çərçivəsində onu Azərbaycandakı vəziyyətə uyğunlaşdırıb. "School for Leaders Məzunları” təşəbbüs qrupu tərəfindən həyata keçirilən layihənin məqsədi Azərbaycan vətəndaşları üçün innovativ texnologiyalar vasitəsilə fundamental insan hüquqlarına çıxışı təmin etmək və icma əsaslı, şəffaf həlllərlə ictimai hesabatlılığı artırmaqdır. KekaMaps-in həmtəsisçilərindən olan Zülfiyyə Mehdiyeva düşünür ki, əlilliyi olan şəxslərin problemlərinə diqqət çəkmək bu layihə başlıca məqsədidir.
Episodes
-
Noyabr 25, 2024
Gürcüstan parlamenti müxalifətsiz açılış edib
-
Noyabr 25, 2024
Teymur Kərimovun məhkəmə prosesində vəsatətlərə baxılıb
-
Noyabr 25, 2024
Bakı Apellyasiya məhkəməsi İqbal Əbilovu həbsdə saxladı