Hökməli qəsəbəsinin sakinləri susuzluq problemindən əziyyət çəkir
Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan bir qrup sakin susuzluq problemindən əziyyət çəkir. Qəsəbə sakinləri deyir ki, təxminən 10 min sakinin yaşadığı ərazidə su problemi bu günə qədər həll edilməyib. Vətəndaşların sözlərinə görə, illərdir ki, suyu maşınla alırlar. Bu isə xüsusi ilə yay aylarında sakinlərin əziyyət çəkməsinə səbəb olur. Qəsəbə sakinləri aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, suallarına cavab ala bilməyiblər. Onların sözlərinə görə, su problemi ilə bağlı sakinlər adından dəfələrlə yazılı şəkildə Azərsu ASC-yə müraciət etsələr də məktuba cavab verən olmayıb.
Episodes
-
Yanvar 02, 2025
Gürcüstanda yeni il gecəsi etiraz aksiyası
-
Yanvar 02, 2025
Sənət və biznes: Rəssamların çıxılmaz dilemması
-
Dekabr 31, 2024
Oreqonun Zoopark işıqları