"Taksilər üçün dayanacaq tapmaq mümkün deyil"
Natiq İsbatov əlavə gəlir qazanmaq üçün asudə vaxtlarında taksi sürücüsü olaraq çalışır. O, taksi sürücüləri üçün əlverişli şəraitin yaradılmadığını düşünür. Natiq İsbatovun fikrincə Bakının mərkəzi küçələrində taksilərin dayanması üçün kifayət qədər yer ayrılmayıb. Bu da müştərilərlə aralarında problem yaranmasına səbəb olur. Natiq İsbatov ,həmçinin, yol hərəkəti qaydalarının pozulması hallarında yazılan cərimələrin miqdarından da narazıdır. O, mərkəzi küçələrdə taksi dayanacaqlarının az olmasından və yazılan cərimələrin miqdarının çoxluğu ilə dəfələrlə BNA-ya müraciət etsə də, şikayətlərinə baxılmadığını deyir.
Episodes
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib
-
Noyabr 25, 2024
Gürcüstan parlamenti müxalifətsiz açılış edib
-
Noyabr 25, 2024
Teymur Kərimovun məhkəmə prosesində vəsatətlərə baxılıb