Sahibkarlar mülkiyyət hüquqlarının pozulduğunu iddia edir
"Mars-M” şirkətinin 2009-cu ildə Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi “Yasmin” biznes mərkəzində obyekt alan bir qrup vətəndaş mülkiyyət hüquqlarının pozulduğunu iddia edir. Onlar qeyd edirlər ki, “Yasmin” ticarət mərkəzində sahibkarlıq fəaliyyəti aparmaq məqsədi ilə qeyri-yaşayış sahələri alan 25-ə yaxın sahibkar külli miqdarda pul ödəyiblər. İş adamlarının sözlərinə görə, hələ ticarət mərkəzinin istismarından öncə, yəni, Fövqəladə Hallar Naziriliyi binanın təhvil-təslim aktını verməmişdən əvvəl “Mars-M” şirkətinin direktoru Mərhəmət Bəşirov onlarla alqı-satqı müqavilələri bağlayıb və bunun əsasında həmin qeyri-yaşayış sahələrini onlara satıb. Bu müqavilələr notarial qaydada təsdiqini də tapıb. Hətta alıcılara bu barədə maliyyə arayışları da verilib. “Mars-M” şirkətinin “Xalq Bank”a borcu olduğu üçün, bank bunun qarşılığında sahibkarların obyektlərinə “əl qoyub”. “Mars-M” şirkətinin rəhbəri sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.1-ci (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) maddəsi üzrə ittiham edilib. İş üzrə "Yasmin" ticarət mərkəzində özlərinə obyekt alan həmin 22 nəfər zərərçəkən şəxs qismində tanınıb. Cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra, işinin materialları baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib və hakim Hüseyn Səfərovun icraatına verilib. Törətdiyi külli miqdarda mənimsəmə fakına görə, o, hal-hazırda həbsdədir.
Episodes
-
Noyabr 25, 2024
Gürcüstan parlamenti müxalifətsiz açılış edib
-
Noyabr 25, 2024
Teymur Kərimovun məhkəmə prosesində vəsatətlərə baxılıb
-
Noyabr 25, 2024
Bakı Apellyasiya məhkəməsi İqbal Əbilovu həbsdə saxladı