Accessibility links

"Təzə Bazar"da icarə qiymətlərinin artırılması narazılığa səbəb olub


"Təzə Bazar"da icarə qiymətlərinin artırılması narazılığa səbəb olub
please wait

No media source currently available

0:00 0:05:56 0:00

Bakının “Təzə bazar” adlanan ticarət mərkəzi artıq 8 aydır ki, fəaliyyət göstərmir. Səbəb yeni sahibkarın bazar ərazisini almasıdır. Bir qrup sahibkar isə icarə haqqlarının artırılmasından narazıdır. Sahibkarlar bir neçə ay əvvəl sökülmüş ticarət mərkəzindəki obyektlərinin bazar qiymətlərinə uyğun dəyərləndirilməsini istəyir. Onlar əlavə kompensasiya tələb edir. 700-ə yaxın dükanın olduğu "Təzə bazar”ərazisinə 35 dükan sahibi yeni mülkiyyətçi kimi oraya buraxılmır. Özəl şirkət bazarın darvazalarını bağlayıb. Sahibkarlar bildirir ki, hökumət qurumlarına müraciət etsələr də xeyri olmayıb, müsbət cavab almayıblar. Etiraz edən sahibkarlar bazarda 700-ə yaxın dükanda azı 1500 işçi çalışdığını deyib. Xatırladaq ki, "Təzə bazar" özəl şirkətə məxsus olduğundan orada icarəyə yer götürərək ticarətlə məşğul olan sahibkarlar şirkət tərəfindən 3 yerə köçürülüblər. Sahibkarların bir qismi müvəqqəti olaraq keçmiş “Qarabağ” mehmanxanasının yerində tikilmiş “EuroHome”-a, bir qismi “Təzə bazar”la üzbəüz “AF Center”ə, bir qrupu isə “AfkomPlaza” ticarət mərkəzlərinə köçürülüb. Bu sahibkarların iki il ərzində bazarın yerində inşa ediləcək ticarət mərkəzində yeni mağazalarla təmin ediləcəyi bildirilir. Təkliflə razılaşmayan 35 mağaza sahibi isə artıq bir neçə aydır narazılıqlarını müxtəlif hökumət qurumları qarşısında qaldırır. Yerli medianın qeyri-rəsmi mənbələrə əsaslanaraq yaydığı məlumatlara görə, "Təzə bazar” Rusiyada fəaliyyət göstərən azərbaycanlı biznesmen Qod Nisanova satılıb. Sövdələşmənin təfərrüatları məlum deyil. "Təzə bazar” 2000-ci ilin əvvəlində səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra Səhmdar Cəmiyyət ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb. Bazarın keçmiş sahibi Məmmədağa İbrahimov olub. Bu sahibkarla bağlı məlumat əldə etmək mümkün deyil. "Təzə bazar” Bakı şəhərinin ən qədim bazarlarından biri hesab edilir.

XS
SM
MD
LG