"Gəncə məhbuslarının" yaxınları Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin qarşısında etirazlara davam edib
Mayın 25-də “Gəncə işi” üzrə həbs olunanların bir qrup ailə üzvü Avropa İttifaqının Bakıdakı Nümayəndəliyinin ofisinin qarşısında “Gəncə məhbuslarına azadlıq!”, “Saxta ittihamlara son!” şüarları ilə aksiya keçirib. Aksiya iştirakçıları həbsdə olan ailə üzvlərinin azad edilməsi tələbedib. 3 iyul 2018-ci ildə Gəncədə şəhərinin o zamankı icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb. Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki yüksək rütbəli polis zabiti qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb. Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti olaraq azad edilib. Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.
Episodes
-
Noyabr 25, 2024
Gürcüstan parlamenti müxalifətsiz açılış edib
-
Noyabr 25, 2024
Teymur Kərimovun məhkəmə prosesində vəsatətlərə baxılıb
-
Noyabr 25, 2024
Bakı Apellyasiya məhkəməsi İqbal Əbilovu həbsdə saxladı