"Məhkəmədən ədalətli qərar gözləmirəm"
Mayın 25-də Ali Məhkəmədə Gəncə işi üzrə həbs edilən qrupun məhkəmə prosesi təxirə salınıb. Hakim Şahin Yusifovun sədrlik etdiyi proses artıq ikinci dəfədir müxtəlif səbəblərdən təxirə salınır. Oktay Hüseynzadənin, Urfan Məmmədovun, Abbas Abbasovun, Elşən Məmmədovun, Rauf Bayramovun yaxınları məhkəmənin ədalətli şəkildə keçirilməsini tələb edir. Növbəti məhkəmə prosesi 20 iyun tarixinə təyin edilib. Qeyd edək ki, 8 nəfərlik qrupa 2019-cu ilin sentyabrın 19-da Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəsəində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Eşqin Quliyevə 20 il, Oktay Hüseynzadə və Ürfan Məmmədova 18 il, Rauf Bayramova 9 il, onun oğlu Hüseyn Bayramova 2 il, Abbas Abbasov və Elşən Məmmədova isə 7 il həbs cəzası verilib.
Episodes
-
Dekabr 26, 2024
Əziz Orucov həbsdə qaldı
-
Dekabr 25, 2024
Kyivdə “Mariupolun müdafiəçiləri” üçün dəstək aksiyası