Accessibility links

Açıq havada maskadan istifadə məcburiyyəti ləğv olunub


Açıq havada maskadan istifadə məcburiyyəti ləğv olunub
please wait

No media source currently available

0:00 0:01:35 0:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün, mayın 25-də keçirilən brifinqində Azərbaycanda 31 maydan etibarən açıq havada maskadan istifadə məcburiyyətinin ləğv olunduğu deyilib. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun sözlərinə görə, mayın 31-dən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini də bərpa edəcək. Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilir. Bundan əlavə iyunun 10-dan “Mall”arın və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək. Həmçinin iyunun 10-dan başlayaraq çimərliklər fəaliyyət göstərəcək. Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, Azərbaycanda COVID pasportu tətbiq olunacaq. Prezidentin köməkçisi bildirib ki, iki doza vurulanlara vaksin sertifikatı veriləcək: “İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVID pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVID pasportu tətbiq olunacaq”. 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 332 min 610 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 867-nin vəfat etdiyi bildirilir. Azərbaycanda koronavirus pandemiyasi ilə bağlı ötən il martın 24-dən karantindir. Bu müddət ərzində rejim gah sərtləşdirilib, gah da yumşaldılıb. Bakı metrosunun da fəaliyyəti oktyabrın 19-dan dayandırılmışdı. Bu il martın 18-dən ölkədə vaksinasiya başlayıb. Rəsmi məlumatlara görə, iki milyona yaxın insan vaksinasiya olunub.

XS
SM
MD
LG