Accessibility links

"Gəncə işi" üzrə məhkəmə prosesi davam edir


"Gəncə işi" üzrə məhkəmə prosesi davam edir
please wait

No media source currently available

0:00 0:04:24 0:00

Mayın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılan terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov da daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə prosesi vəkillərin çıxışı ilə davam edib. Növbəti məhkəmə prosesinin tarixi Elmar Vəliyevin vəziyyəti ilə bağlı ekspertiza rəyi əldə edildikdən sonra təyin olunacaq. Bu iş üzrə təqsirləndirilən şəxslərdən iki nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Prokuror onların təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib. Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib. Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib.

XS
SM
MD
LG