Gəncə məhbuslarının yaxınları Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib
Mayın 24-də Prezident Administrasiyasının qarşısında "Gəncə işi" üzrə həbs edilən şəxslərin yaxınları etiraz aksiyası keçirib. Prezident Administrasiyasının qarşısına toplaşan 20-ə yaxın şəxs "Gəncə məhbusları"na azadlıq tələb edib. Onlar "Gəncə məhbuslarına azadlıq", "Ədalətsiz məhkəmə qərarlarına son" kimi şüarlar səsləndiriblər. Məhbus ailələrinin qarşısını polis kəsib. Aksiya iştirakçıları plakatlar qaldırıb, məhbuslara azadlıq istəyiblər. Onları administrasiyada heç bir vəzifəli şəxs qəbul etməyib. Polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıblar.
Episodes
-
Noyabr 25, 2024
Gürcüstan parlamenti müxalifətsiz açılış edib
-
Noyabr 25, 2024
Teymur Kərimovun məhkəmə prosesində vəsatətlərə baxılıb
-
Noyabr 25, 2024
Bakı Apellyasiya məhkəməsi İqbal Əbilovu həbsdə saxladı