Maşın bazarında vəziyyət
Koronavirus pandemiyasının vurduğu zərərlər avtomobil bazarından da yan keçməyib. Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ərəfəsində avtomobil bazarı da bağlı qalan sahələr sırasında idi. Bəs fəaliyyəti son aylarda bərpa olunan bu sahədə dirçəlmə varmı? Ümumiyyətlə, onlayn satışa icazənin olması bu bizneslə məşğul olan şəxslərə fayda veribmi? Maşın alveri ilə məşğul olan satıcılar deyir ki, pandemiya səbəbindən onlar xeyli ziyan dəyib, alver isə xeyli zəifləyib. Satıcılar bazarda alıcılıq qabiliyyətinin aşağı olmasından gileylənirlər. Qiymətlərlə bağlı isə satıcı və alıcıların fikirləri müxtəlifdir. Satıcılar qiymətlərin nisbətən aşağı olduğunu desələr də, bəzi alıcılar bu fikirlə razı deyillər.
Episodes
-
Noyabr 25, 2024
Gürcüstan parlamenti müxalifətsiz açılış edib
-
Noyabr 25, 2024
Teymur Kərimovun məhkəmə prosesində vəsatətlərə baxılıb
-
Noyabr 25, 2024
Bakı Apellyasiya məhkəməsi İqbal Əbilovu həbsdə saxladı