"Ağ şəhər" layihəsində evi sökülən vətəndaşın şikayətinə baxılmır
Hazırda "Ağ şəhər” layihəsi həyata keçirilən ərazidə - Babək prospekti, 2210-cu məhəllə, Turşu küçəsi, ev 32A ünvanında yaşamış Svetlana Əhmədovanın obyekti 2014-cü, evi isə 2017-ci ildə sökülüb. “Ağ şəhər” layihəsinə düşmüş bu ərazidə yerləşən ikimərtəbəli bina ataları tərəfindən övladlarının arasında paylı mülkiyyət qaydasında bölünüb. İkinci mərtəbə ayrı-ayrılıqda yaşayış sahələri kimi Svetlana xanımın qardaşlarının, birinci mərtəbə isə qeyri-yaşayış sahəsi kimi onun adına rəsmiləşdirilib. Svetlana Əhmədovanın sözlərinə görə, mənzillər qardaşlarının əlindən təzyiq yoluyla, qeyri-yaşayış sahəsi isə onun əlindən aldadılaraq alınıb. Şikayətçinin sözlərinə görə, o kompensasiyanın məbləği artırılmasa, götürməyəcəyini deyib. Svetlana xanım hətta polis şöbəsində də saxlanılıb, deməsinə görə, 37-ci polis şöbəsinin rəisi də ondan bank hesabına köçürülmüş kompensasiyanı götürməsini tələb edib. Svetlana Əhmədova onun evinə təyin olunan 302 000 manat məbləğində vəsaitin yarısından çoxu mənimsənildiyini deyir. Dəfələrlə aidiyyəti orqanlara müraciət etməsinə baxmayaraq, ona təyin olunan məbləğin ödəmə tapşırığını bankdan ala bilmir. 2014-cü ildən bu günə qədər müraciət etmədiyi qurumun qalmadığını deyən Svetlana Əhmədova bildirir ki, sonuncu dəfə Baş prokurorluğun qəbulunda olsa da orada da onu aldadıblar.
Episodes
-
Noyabr 25, 2024
Gürcüstan parlamenti müxalifətsiz açılış edib
-
Noyabr 25, 2024
Teymur Kərimovun məhkəmə prosesində vəsatətlərə baxılıb