Gəncə məhbuslarının yaxınları etirazlara davam edir
Mayın 4-də Gəncə məhbuslarının valideynləri Ali Məhkəmənin binası qarşısında toplaşıb. Onlar Gəncə hadisələrinin ədalətli araşdırılmasını tələb edirlər. Etiraz edən ailələr "Gəncə məhbuslarına azadlıq" və s kimi şüarlar səsləndiriblər. Polis əməkdaşları karantin qaydalarını əsas gətirərək iştirakçıların hərəkətinə maneə yaradıb. Daha sonra isə ərazidəki polis əməkdaşları etirazçıları qəbul şöbəsinə yönləndirib. Məhbusların valideynləri Ali məhkəmənin qəbul şöbəsinin rəisi ilə görüşüb. O, valideynlərə məhkəmənin hökmünü gözləmələrini bildirib. Bu iş üzrə təqsirləndirilən şəxslərdən iki nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Prokuror onların təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib. Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib. Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib.
Episodes
-
Noyabr 25, 2024
Gürcüstan parlamenti müxalifətsiz açılış edib
-
Noyabr 25, 2024
Teymur Kərimovun məhkəmə prosesində vəsatətlərə baxılıb
-
Noyabr 25, 2024
Bakı Apellyasiya məhkəməsi İqbal Əbilovu həbsdə saxladı