Accessibility links

Orduya dəstək yürüşü ilə bağlı növbəti məhkəmə prosesi keçirilib


Orduya dəstək yürüşü ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Mayın 4-də Bakı Apelyasiya Məhkəməsində Orduya dəstək məqsədilə keçirilən yürüşlə bağlı həbs edilən 12 nəfərin məhkəmə prosesi keçirilib. Ağamalı Qafarovun sədrliyi ilə baş tutan məhkəmə prosesində şahidlər dindirilib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, həm də təqsirləndirilən şəxslərdən biri Gündüz Mirzəyevin məlumatına görə, məhkəmədə 3 zərərçəkən, 2 şahid dindirilib. Onun sözlərinə görə, o Milli Məclisə təxribatın qarşısını almaq üçün daxil olub. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, həmçinin təqsirləndirilən şəxslərdən olan Telman Seyfulla bildirib ki, şahidlər məhkəmə təqsirləndirilən şəxsləri tanımadıqlarını bildiriblər. Növbəti məhkəmə prosesi mayın 18-ə təyin olunub. "Orduya dəstək" yürüşüylə əlaqədar həbs olunan 37 nəfərin işinə məhkəmə üç ayrı qrupda baxır. Onlar barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilir və hər biri elektron bilərzik taxır.

XS
SM
MD
LG