Keçmiş deputat Hüseyn Abdullayevin səhhəti pisləşib
Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev müalicə müəssisəsinə yerləşdirilib. Onunla görüşən vəkili Elçin Sadıqov Hüseyn Abdullayevin səhhətinin kəskin ağırlaşması ilə bağlı Amerikanın Səsinə danışıb. Elçin Sadıqovun sözlərinə görə, Hüseyn Abdullayev aprelin 12-də başladığı aclıq aksiyasını aprelin 17-də dayandırıb. Vəkil deyir ki, onun səhhətinin kəskin pisləşməsinin səbəbi də elə bu aksiya olub. Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Hüseyn Abdullayevə qarşı dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir və onların qondarma olduğunu deyir. Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib.
Episodes
-
Dekabr 18, 2024
Türkiyə 2025-ci ildə vasitəçilik rolunu artırmağa çalışır
-
Dekabr 18, 2024
ABŞ üzərində görülən müəmmalı dronlar suallar doğurur
-
Dekabr 18, 2024
Gürcüstanda yeni prezident seçilib