Accessibility links

"Hökümətin uşaqpulu ilə bağlı yanaşması özünü doğrultmadı"


"Hökümətin uşaqpulu ilə bağlı yanaşması özünü doğrultmadı"
please wait

No media source currently available

0:00 0:06:56 0:00

Demoqrafiq problemlərlə üzləşən, eləcə də iqtisadi çətinlik yaşayan ölkələrdə yeni doğulan uşaqlara dəstək məqsədi ilə ailələrinə yardım nəzərdə tutulub. Hazırda dünyada 18 yaşadək uşaqların 35 faizi müxtəlif sosial müavinət və ya ödənişlər alır. Azərbaycanda 2006-cı ildən bəri uşaqpulu mövcud deyil. Təkcə uşağın anadan olmasına görə 118 dollar birdəfəlik müavinət nəzərdə tutulub. Rusiyada bu məbləğ 6 min 320 dollar, Ukraynada 1490 dollar, Ermənistanda 563 dollar təşkil edir. Son illərdə müxalifət uşaqpulunu tez-tez gündəmə gətirir. Azərbaycanda hökumət rəsmiləri isə ölkədə uşaqpuluyla bağlı problem olmadığını düşünürlər. Rəsmilər bunu Azərbaycanda 600 min uşağa müxtəlif adlarla müavinət verilməsi ilə əsaslandırırlar. Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Zaur Qurbanlı düşünür ki, uşaq pulu aztəminatlı ailələrə, həmçinin ikinci uşağa verilməlidir. Onun fikrincə, bu müavinət uşaqların bütün ehtiyaclarının qarşılanması məqsədi ilə deyil, daha çox demoqrafik siyasətin tənzimlənməsi üçün verilməlidir. Gənc ata Rəhim Xoyski deyir ki, inkişaf etmiş ölkələrdə uşaqpulu hökumətlərin demoqrafik artıma nail olması üçündür. Lakin Azərbaycan təcrübəsində bu, rifah məsələsi ilə bağlıdır, yoxsulluq real statistik rəqəmləri əks etdirmir. Rəhim Xoyski düşünür ki, əgər bunu sosial vəziyyətə uyğun təşkil etsək, Azərbaycandakı sistem imkan verməyəcək ki, bu pulu həqiqətən də ehtiyacı olanlar alsın. O deyir ki, ölkədəki bütün uşaqlı ailələrin sosial vəziyyətini araşdırmaq çətindir. Onun sözlərinə görə, əgər dövlət bu müavinəti verəcəksə gərək bütün ailələr nəzərə alınsın. İqtisadçı Qadir İbrahimli düşünür ki, dövlət ailələrə uşaqpulu ayırmalıdır. Lakin o, qeyd edir ki, dövlətin yoxsulluq səviyyəsinin yoxlanılmasında müxtəlif problemləri var. İqtisadçı hesab edi ki, uşaqpulunun ləğvinə konseptual baxımdan ölkənin yanaşması doğru idi, lakin bu yanaşma praktikada özünü doğrultmadı. İqtisadçı ancaq ikinci uşağa pulun verilməsi ilə razılaşmır. Qanunvericilikdə müəyyən güzəştlər olsa da, iqtisadçı bunu yetərli hesab etmir.

XS
SM
MD
LG