Accessibility links

Prokuror "İŞİD-in maliyyələşdirilməsi" işi üzrə təqsirləndirilənlərə iş istəyib


Prokuror "İŞİD-in maliyyələşdirilməsi" işi üzrə təqsirləndirilənlərə iş istəyib
please wait

No media source currently available

0:00 0:04:02 0:00

Aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində İşid-ə maliyyə yardımı göstərməkdə ittiham olunan bir qrup şəxsin işi üzrə prosesdə prokurorun yekun çıxışı olub. Dövlət ittihamçısı müttəhimlərin 9 ildən 18 ilədək müddətə cəzalandırılmasını təklif edib. Təqsirləndirilən şəxslərin məhkəmənin qarşısına toplaşmış qohumları prokurorun çıxışını etirazla qarşılayıblar. Onların sözlərinə görə, təqsirləndirilən şəxslər artıq 2 aydır ki, əsassız hesab etdikləri cinayət təqibinə etiraz olaraq aclıq keçirirlər. Növbəti məhkəmə iclası mayın 4-nə təyin edilib. Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli bir neçə il öncə Suriyada müharibədə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak ittihamı ilə həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatın istehsalı, idxalı, yayılması), 167-3.1-ci (dini ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilirlər. Məhkəmə prosesi 2020-ci ilin fevralında başlayıb, lakin pandemiyaya görə proses uzun müddət dayandırılıb. Proses bu il bərpa olunub və iclasların birində müttəhimlər əsassız həbsə etiraz edərək özlərinə kəskin xəsarətlər yetiriblər.

XS
SM
MD
LG