Accessibility links

"Sovetski" sakinləri etirazlara davam edir


"Sovetski" sakinləri etirazlara davam edir
please wait

No media source currently available

0:00 0:04:42 0:00

Aprelin 26-da "Sovetski" adlanan ərazinin keçmiş sakinləri Prezident Adminstrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Onlar Yasamal rayon icra hakimiyyəti tərəfindən ödənilməmiş kompensasiyaların ödənilməsini tələb edir. Ərazidəki polis əməkdaşları etiraz aksiyasının qarşısını alıb və vətəndaşları ərazidən uzaqlaşdıraraq Yasamal rayon icra hakimiyyətinə yönləndiriblər. Sakinlər evlərindən zorla çıxarıldıqlarını, alqı-satqı müqaviləsini bağlamağa məcbur edildiklərini, verilən kompensasiyanın az olduğunu və torpaq pulları onlara hələ də ödənilmədiyini bildirir. Sakinlərin sözlərinə görə, onlar dəfələrlə aiddiyəti qurumlara şikayət etsələr də, müraciətləri cavabsız qalıb. Onlar tələbləri yerinə yetirilənədək etirazlara davam edəcəklərini deyirlər.

XS
SM
MD
LG