Torpaq sahələri əllərindən alınan ahıl qocalar aclıq edir
Bakının Xəzər rayonu, Türkan qəsəbəsinin sakinləri - sağ olduqları halda, ölmüş kimi rəsmiləşdirilib, adlarına olan torpaq sahələri satılıb. 91 yaşlı Xumara Şabanova, 80 yaşlı Əzizəxanım Atayeva və 76 yaşlı Tamara Süleymanova 10 günə yaxındır ki, aclıq aksiyası keçirir. Artıq onların səhhətində ciddi problemlər yaranıb, dəfələrlə təcili tibbi yardım çağrılıb. Ahıl qadınlar adlarına saxta ölüm şəhadətnaməsi çıxarıb torpaqlarını satmaqda təqsirləndirilən birinin həbsdən buraxılmasına və onlara vəkil tapmaqda, dövlət orqanlarına şikayət etməkdə köməklik göstərən Natiq Məhəmmədsoyun həbs olunmasına etiraz edirlər. Onlar bildiriblər ki, tələbləri yerinə yetirilənə qədər aclığı davam edəcəklər.
Episodes
-
Noyabr 25, 2024
Gürcüstan parlamenti müxalifətsiz açılış edib
-
Noyabr 25, 2024
Teymur Kərimovun məhkəmə prosesində vəsatətlərə baxılıb