"Hərbi qənimətlər" parkının açılışı olub
İnşasına Bakının Xətai rayonu ərazisində 2021-ci ilin fevralından başlanan Hərbi Qənimətlər Parkının aprelin 12-də açılışı olub. Ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında 2-ci Qarabağ müharibəsində Qələbəyə həsr olunan Zəfər paradı keçirilib. Paradda müharibəsi zamanı Azərbaycan Ordusunun ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunub. Parkda 2-ci Qarabağ müharibəsinin gedişində Ermənistan ordusundan qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Azərbaycan prezidenti İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Dövlət başçısına parkda sərgilənən hərbi texnikalar barədə məlumat verilib. Parkla tanışlıqdan sonra prezident İ.Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb və çıxış edib. Sərgilənən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, 2-ci Qarabağ müharibəsinin gedişatı barədə məlumatlar parkda təqdim olunur.
Episodes
-
Noyabr 25, 2024
Gürcüstan parlamenti müxalifətsiz açılış edib
-
Noyabr 25, 2024
Teymur Kərimovun məhkəmə prosesində vəsatətlərə baxılıb