AXCP sədrinin mühafizəçisinin məhkəmə prosesi keçirilib
Martın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Məhkəmə iclas zalına media nümayəndələri buraxılmayıb. Hüquq müdafiəçisi Zəfər Əhmədov bildirib ki, bugünkü məhkəmə prosesində şahidlərin ifadələri dinlənilib. Növbəti məhkəmə prosesi Aprelin 2-də davam edəcək. Niyaməddin Əhmədov ötən ilin aprel ayında karantin qaydalarını pozma ittihamıyla saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası kəsilib. Bu cəza başa çatandan sonra ona qarşı Cinayət Məcəlləsinin (214. 1 terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Azərbaycan Xalq Cəbhəsi Partiyası Niyaməddin Əhmədovun həbsini siyasi hesab edir.
Episodes
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib
-
Noyabr 25, 2024
Gürcüstan parlamenti müxalifətsiz açılış edib