"Limon satmaqla 10 nəfərə baxmaq olmur"
Azərbaycan xalq cəbhəsi partiyasının üzvü Tofiq Məmmədov Astara rayonunun deputatı Rəşad Mahmudova etiraz olaraq Milli Məclisin önündə aksiya keçirməyə cəhd edib. Tofiq Məmmədov bildirir ki, dəfələrlə sakini olduğu Astara rayonunun deputatının qəbuluna düşmək istəsə də, buna nail ola bilməyib. O, əsasən sosial problemlərdən və işsizlikdən gileylənir. Tofiq bildirir ki, limon satmaqla 10 nəfərdən ibarət ailəyə baxmaqda çətinlik çəkir. Tofiq Məmmədovun etiraz etmək cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. O, Milli Məclisin qarşsından post patrul avtomobilinə mindirilərək naməlum istiqamətə aparılıb. Tofiq Məmmədov izah yazdıqdan sonra 9-cu polis bölməsindən sərbəst buraxılıb. Məsələ ilə bağlı qarşı tərəfdən münasibət öyrənmək mümkün olmadı.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb