Gülmirə Aslanova İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib
Martın 11-də dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. O səfirliyin binası qarşısında müraciət məktubunu oxuyub və İran hökuməti və ya İranın Azərbaycandakı səfirliyi tərəfindən Polad Aslanovun həbsi ilə bağlı açıqlama verilməsini tələb edib. Səfirliyin mühafizə xidmətinin əməkdaşı isə bayramla əlaqədar səfirlikdə heç kimin olmadığını bildirib. Əraziyə gələn polis əməkdaşları Gülmirə Aslanovanı ərazidən uzaqlaşdırmağa çalışıb.
Episodes
-
Oktyabr 29, 2024
Ankarada HPV-yə qarşı pulsuz peyvənd tədbiqinə başlanılıb
-
Oktyabr 29, 2024
Nevada - əsas rəqabətin aparıldığı ştatlardan biri