Qarlı hava şəraitində fəaliyyət göstərən sığınacaqların vəziyyəti necə idi
Paytaxtda qarlı hava şəraiti ilə bağlı 24 fevral tarixində şəhərin 5 istiqamətində çadır quraşdırılıb. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, çadırlar qarlı hava şəraiti olan günlərdə açıq olacaq. Açıqlamada deyilir ki, isinmək üçün çadırlara gələn şəxslər isti çay içə, nahar edə və dincələ bilərlər. Lakin 25 fevral tarixində həmin çadırları yerində görmək mümkün olmayıb. Binəqədidə, Azadlıq metrosunun çıxışındakı çadırdan görüntülər paylaşan ictimai fəal Rəbiyyə Məmmədova deyir ki, çadır isinmək üçün əlverişsiz olub və qeyd olunan kimi nahar verilməyib. İnşaatçılar metrosunun çıxışında qurulan çadırda isə nə çay, nə də nahar verilmirdi. Yayılan məlumatda deyilir ki, çadırda cəmi 1 isidici olub. Nərimanovdakı sığınacaq əvvəlki kafe fəaliyyətini bərpa edib və müştərilərdən ödəniş alır. Çadırların quraşdırılması Bakı Şəhəri İcra Hakimiyyəti və "Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib.
Episodes
-
Dekabr 18, 2024
Türkiyə 2025-ci ildə vasitəçilik rolunu artırmağa çalışır
-
Dekabr 18, 2024
ABŞ üzərində görülən müəmmalı dronlar suallar doğurur
-
Dekabr 18, 2024
Gürcüstanda yeni prezident seçilib