23 gündür aclıq edən jurnalistin cərimə kamerasına salındığı deyilir
Fevralın 23-də 23 gündür aclıq aksiyası keçirən jurnalist, xəbərman.com saytının təsisçisi Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova 1 saylı cəzaçəkmə müəssisəsinin qarşısında etiraz aksiyası keçirib. Gülmirə Aslanova Polad Aslanovun müalicə müəssisəsinə köçürülməsini tələb edib. Lakin 1 saylı cəzaçəkmə müəssisəsində heç kim onu qəbul etməyib. Aslanova deyir ki, karantin qaydaları əsas gətirilərək görüş və ya telefon danışığına icazə verilmir. Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə 2020-ci il noyabrın 16-da Polad Aslanovu 16 il azadlıqdan məhrum edib. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir. Polad Aslanov məhkəmədə ittihamı qəbul etmədiyini və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib