"Bu cinayət sayılmırsa, məni niyə həbs ediblər"
Fevralın 23-də Səbail rayon Məhkəməsi hakim Ağamalı Qafarovun sədrliyi ilə Azərbaycan Ordusuna dəstək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə həbs edilən şəxslərin cinayət işinə baxmağa başlayıb. Çinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var. Təqsirləndirilən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. İşdə iştirak edənlərin sayı çox olduğuna görə proses Bakı Apellyasiya Məhkəməsinin binasında keçirilir. İclasın əvvəlində vəkillər cinayət işinə xitam verilməsi barədə vəsatətlər veriblər. Təqsirləndirilənlərdən heç biri özünü günahkar saymayıb.
Episodes
-
Dekabr 18, 2024
Türkiyə 2025-ci ildə vasitəçilik rolunu artırmağa çalışır
-
Dekabr 18, 2024
ABŞ üzərində görülən müəmmalı dronlar suallar doğurur
-
Dekabr 18, 2024
Gürcüstanda yeni prezident seçilib