Siyasi məhbus ailələri ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib
Fevralın 18-də ABŞ-ın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası zamanı saxlanılanlar olub. Aksiya "Siyasi məhbuslara azadlıq" tələbi ilə keçirilib. Bir qrup müxalif fəallar və siyasi məhbusların ailə üzvləri aksiyada iştirak edib. Aksiyada xeberman.com saytının təsisçisi Polad Aslanovun və Azel.tv saytının təsisçisi Əfqan Sadıqovun həyat yoldaşları da iştirak ediblər. Aksiya iştirakçıları Azərbaycan hakimiyyətindən bütün siyasi məhbusların azad edilməsini tələb ediblər və Qərb diplomatlarının diqqətini bu problemə cəlb etməyə çalışıblar. Etirazçılar deyir ki, tələbləri yerinə yetirilənədək aksiyalara davam edəcəklər. Aksiya iştirakçıları əllərində siyasi məhbusları azad etməyə çağıran şüarlar yazılmış plakatlar və onların portretlərini tutublar. Aksiya zamanı əraziyə gələn polis dəstələri aksiyanın qarşısını alıblar, Sevinc Sadıqovanı və Xalq Cəbhəsi Partiyasının fəalı Mətanət Mahmarzayevanı saxlanılıb.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib