"Sovetski" sakinləri etiraz edirlər
Bakının "Sovetski" adlanan ərazisində yaşayan sakinlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası qarşısında etiraz ediblər. Onlar iddia edir ki, evlərindən zorla çıxarılıblar, alqı-satqı müqaviləsini bağlamağa məcbur ediliblər. Sakinlər bildirirlər ki, köçürülən vətəndaşlara torpaq pulu hələ də verilməyib. Etiraz edən sakinlər deyir ki, bu günə qədər aidiyyəti dövlət qurumlarına müraciət etsələr də, şikayətlərinə baxılmayıb. Sakinlərdən 6 nəfər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qəbuluna dəvət ediliblər. Daha sonra ərazidəki polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib