35 ailənin yaşadığı yataqxana sökülür
Bakının Xətai rayonu, General Əliağa Şıxlinski küçəsində yerləşən Bakı Məişət Kondisionerləri zavodunun yataqxanasında məskunlaşan sakinlər evlərinin sökülməsinə etiraz edir. Sözügedən bina Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət dövlət agentliyinin 2016-cı ilin 24 may tarixli rəyinə əsasən qəzalı elan olunub. Xətai rayon icra hakimiyyəti ilə sakinlər arasında mübahisəli vəziyyət 8 aydır davam edir. Sakinlər iddia edir ki, mənzillərin sahəsi düzgün ölçülməyib. Hazırda binada yaşayış olmasına baxmayaraq, Xətai rayon icra hakimiyyəti binada söküntü işləri aparmağa cəhd edir. Vəkil Rövşən Nəbiyev isə deyir ki, heç bir məhkəmə qərarı olmadan sakinlərin məcburi qaydada köçürülməsi qanunsuzdur. Sakinlər bildirirlər ki, tələbləri yerinə yetirilməyənədək evlərindən çıxmayaqcaqlar.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib