Aclıq aksiyası keçirən jurnalistin apellyasiya şikayəti təmin olunmayıb
Fevralın 15-də Bakı Apellyasiya məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanovun apellyasiya şikayəti təmin edilməyib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Gülmirə Aslanova bildirib ki, məhkəmə prosesi açıq keçirilsə də, media nümayəndələri iclas zalına buraxılmayıb. O, həyat yoldaşı Polad Aslanovun hələ də aclıq aksiyasının davam etdirdiyini və bundan sonra da davam etdirəcəyini deyib. Onun sözlərinə görə aiddiyyatı qurumlar Polad Aslanovun səhhəti ilə maraqlanmır.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib