“Qadın qətlləri siyasidir”
Fevralın 4-də gendər aktivistləri Azadlıq Meydanında, Hökumət evinin önündə "Qadın qətlləri siyasidir” şüarıyla aksiya keçiriblər. Aksiya iştirakçılarının sözlərinə görə, Azərbaycanda qadınların hüquqları bütün sferalarda tapdalanır: “Biz qadınlara diqqətli yanaşmağı, onların həyatıyla oynamamağı, onlar üçün zəruri olan addımların atılmasını tələb edirik”. Onlar bildirib ki, tələbləri İstanbul Konvensiyası da daxil olmaqla, qadın hüquqlarına əsaslanır: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mövcud vəziyyətlə bağlı heç bir ciddi iş görmür, hesabatları yoxdur”. İştirakçılar qadınların qətlə yetirilməsini siyasi hesab edirlər, çünki dövlət orqanları bununla bağlı tədbir görmür. Hadisə yerinə polsilər gəlib, onlar bir neçə dəqiqə prosesi müşahidə edəndən sonra plakatları feministlərdən alıblar. Aksiya iştirakçıları hadisə yerindən getsələr də, polislər onları müşaiyət edib.
Episodes
-
Dekabr 26, 2024
İctimai fəal Famil Xəlilovun növbəti məhkəməsi keçirildi
-
Dekabr 26, 2024
Əziz Orucov həbsdə qaldı