Accessibility links

Həbsdə olan jurnalist aclıq aksiyasına başlayıb


Həbsdə olan jurnalist aclıq aksiyasına başlayıb
please wait

No media source currently available

0:00 0:03:25 0:00

Fevralın 1-də Bakı Apellyasiya Məhkəməsində Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanovun işi üzrə keçiriləcək olan məhkəmə prosesi təxirə salınıb. Hakim Həsən Əhmədovun sədrliyi ilə başlayan məhkəmə prosesində Polad Aslanov bildirib ki, fevralın 1-dən həbsxanada aclıq aksiyasına başlayır. Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə deyib ki, Polad Aslanov apellyasiya şikayətinə baxılmasının uzadılmasına etiraz edib və obyektiv təhqiqat aparılmasını tələb edir. O, həmçinin apellyasiya şikayətinə baxıldığı müddətdə ev dustaqlığına keçirilməsini tələb edir. Xeberman.com saytının baş redaktoru Polad Aslanov 16 il azadlıqdan məhrum edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

XS
SM
MD
LG