Accessibility links

Sevinc Sadıqova Əfqan Sadıqovun həbsinə etiraz olaraq yolu bağlayıb


Sevinc Sadıqova Əfqan Sadıqovun həbsinə etiraz olaraq yolu bağlayıb
please wait

No media source currently available

0:00 0:05:09 0:00

Yanvarın 11-də 68 gündür aclıq aksiyası keçirən jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Pentensiar xidmətin müalicə müəssisəsinin yaxınlığında yerləşən magistral yolu bağlayıb. Sevinc Sadıqova Əfqan Sadıqovun vəziyyətinin həddindən artıq ağır olduğunu deyir və onun azadlığa buraxılmasını tələb edir. O, etiraz aksiyası zamanı "Əfqan Sadıqov ölür!” yazılan şüar qaldırıb.Əraziyə polis əməkdaşları gəlib və Sevinc Sadıqovanı magistral yoldan uzaqlaşdırıblar. Həbsdə olan jurnalist Əfqan Sadıqov 42 gündür ki, məhkəmənin hökmünə etiraz olaraq aclıq edir. Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib. Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

XS
SM
MD
LG