Karantini müsbətə çevirənlər
Mart ayından etibarən başlayan karantin nəticəsində biznesini dayandıranlar və öz gəlir mənbələrini itirənlər olub. Eyni zamanda bu vəziyyət kimlər üçünsə özünü fərqli sahələrdə sınamağa və bundan gəlir əldə etməyə şərait yaradıb. Xumar Kərimli öz bacarığını kəşf edənlərdən biridir. O, karantin müddətində sosial şəbəkələrdə elan verərək, xaricilərə azərbaycan dilini öyrətməyə başlayıb. Aldığı nəticələr onun o qədər xoşuna gəlir ki, Xumar, elə indi də, iş yeri olmasına baxmayaraq, dərsləri davam edir. Bununla bərabər, o, azərbaycan dili üzrə tədris metodlarını inkişaf etdirərək bu sahəyə öz töhfəsini vermək istəyir. Çünki, dediyinə görə, xaricilər üçün nəzərdə tutulmuş sadəcə 2 dərslik var və dil öyrənmək istəyənlər material qıtlığı yaşayır.