Accessibility links

10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun həbs qətiimkan tədbiri uzadılıb


10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun həbs qətiimkan tədbiri uzadılıb
please wait

No media source currently available

0:00 0:03:50 0:00

Dekabrın 18-də Nəsimi Rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Hakim Solmaz Musatafayeva sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ay 13 gün artırılıb. İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib ki, o, Tovuz rayon polis bölməsində 6 yanvardan 10 yanvaradək heç bir sənədləşmə tərtib olunmadan saxlanılıb. İlkin Süleymanovun sözlərinə görə o etiraf ifadəsini işgəncə altında verib. İlkin Süleymanovun əmisi Süleyman Süleymanov deyir ki, onlar məhkəmədən onun azadlığa buraxılmasını gözləyirdilər, çünki İlkinin günahsız olduğunu hesab edirlər. İlkin Süleymanovun qardaşı Adil Süleymanov isə bildirib ki, qardaşının bu cinayəti törətməsi ilə bağlı heç bir sübut yoxdur. Ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Dondar Quşçu kənd sakini Süleymanov İlkin təqsirləndirilən şəxs qismində saxlanılıb. İlkin Süleymanov özünü təqsirsiz bilir və işgəncə altında ifadə verdiyini bildirib.

XS
SM
MD
LG