Accessibility links

Sevinc Sadıqova Prezident Aparatının qarşısında aksiya keçirib


Sevinc Sadıqova Prezident Aparatının qarşısında aksiya keçirib
please wait

No media source currently available

0:00 0:04:07 0:00

Dekabrın 15-də 42 gündür aclıq aksiyası keçirən jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Prezident Aparatının qarşısında onun 7 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz edib. Sevinc Sadıqova deyir ki, Əfqan Sadıqovun vəziyyəti həddindən artıq ağırdır və onun azadlığa buraxılmasını tələb edir. Həbsdə olan jurnalist Əfqan Sadıqov 42 gündür ki, məhkəmənin hökmünə etiraz olaraq aclıq edir. "Azel.tv" saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib. Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. İstintaqın iddiasına görə, Sadıqov "xeberfakt.az" nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

XS
SM
MD
LG