Accessibility links

Azərbaycanın bir çox böyük şəhərlərində SMS icazə yenidən aktivləşdirildi


Azərbaycanın bir çox böyük şəhərlərində SMS icazə yenidən aktivləşdirildi
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə bu gün, dekabrın 14-dən ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 8-də imzaladığı qərara əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılıb. 2020-ci il 14 dekabrdan 2021-ci il 18 yanvaradək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə ilə icazə verilir. SMS-icazə təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar, həmçinin, ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması üçün yaşayış yerini və olduğu yeri tərk etmək məqsədilə 3 saat müddətinə gündə 1 dəfə verilir. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün isə hər bir şəxs Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır. Bu gündən etibarən, paytaxt ərazisinə giriş-çıxışlarda, inzibati əraziyə düşən küçə və prospektlərdə stasionar və mobil postlar fəaliyyət göstərir. Dövlət Yol Polisi (DYP) İdarəsindən bildirilib ki, artıq polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən naryad qrupları yaradılıb.

XS
SM
MD
LG