Bakının Nərimanov rayonunda sökülən binanın sakinləri etiraz edirlər
Bakının N.Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 2 ünvanında “Olympus Park“ layihəsini icra edən şirkət 4 mərtəbəli yaşayış binanı sökür. Binada ümumilikdə 33 ailə yaşayıb. Hazırda binada yaşayan sakinlər isə şirkətin təqdim etdiyi müqavilə ilə razılaşmadıqları üçün evlərindən çıxmırlar. Sakinlər şirkətin qanunsuz tikinti apardığını və zor tətbiq edərək digər qonşuları evdən çıxartdığını deyirlər. Onlar qaz və internet xəttlərinin şirkət tərəfindən kəsildiyini bildirir. Çəkiliş zamanı “Olympus Park”-ın əməkdaşları ərazidə olsalar da, onlardan münasibət öyrənmək mümkün olmadı.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib