Accessibility links

Pol Stronski: "Türkiyənin hansı rol oynayacağı aydın deyil"


Pol Stronski: "Türkiyənin hansı rol oynayacağı aydın deyil"
please wait

No media source currently available

0:00 0:06:00 0:00

ABŞ-da qərargahlanan Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının baş elmi işçisi Pol Stronski Amerikanın Səsinə müsahibədə Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin altı həftədir dava edən döyüşlərə son qoymaq məqsədilə imzaladıqlar bəyanatı şərh edib. Pol Stronksi atəşkəs razılığına gətirib çıxaran hadisələr, Türkiyənin rolu və müharibənin səbəb olduğu dəyişikliklərdən danışıb.

Amerikanın Səsi: Siz Ermənistan, Azərbaycan və Rusiyanın imzaladığı sazişlə bağlı nə düşünürsünüz?

Pol Stronski: Düşünürəm ki, hər hansı atəşkəs gərəklidir. Biz daha öncəki üç atəşkəsin çox qısa müddətdə pozulduğunu gördük. Amma bu daha çox ümidvericidir.

Ümid edirəm ki, bu atəşkəs davamlı olacaq, çünki hər gün hər iki tərəfdə insamlar həyatlarını itirirlər. Bu isə böyük faciədir.

Razılıq çox mürəkkəbdir və bir neçə mərhələdən ibarətdir. Razılığın bütün detalları mənim üçün aydın deyil. Türkiyənin hansı rol oynayacağı aydın deyil. Beş ildən sonra nə olacağı aydın deyil. Qarabağın gələcək statusunun nə olacağı və ya Qarabağ sakinlərinə rus sülhməramlılarından başqa hansı təhlükəsizlik qarantiyalarının veriləcəyi də aydın deyil. Ona görə də, ümid edirəm ki, bu razılıq davamlı sülhə yol açacaq. Amma düşünürəm ki, bir çox qeyri-müəyyənliklər mövcuddur və hələ çox addımların atılacağı gözlənilir.

Amerikanın Səsi: Siz qeyd etdiyiniz kimi döyüşlər başlayandan bəri bir neçə dəfə atəşkəs elan olunsa da, onlar pozulub. Sizcə bu son atəşkəsə hansı hadisələr və ya gedişatlar səbəb oldu?

Pol Stronski: Dediyiniz kimi, Birləşmiş Ştatlar, Fransa və Rusiya razılıqlara vasitəçilik etməyə çalışıblar. Onlar sülhməramlı məsələsini həll etməyə çalışsalar da, çətinlik çəkirlər və danışıq aparmaq çətin olub.

Amma bu, dəyişiklik oldu. Fikrimcə, bunun bir neçə səbəbi var. Birincisi, Ermənistan amilidir. Ermənistan, Qarabağın təhlükəsizliyi, orada yaşayan insanların təhlükəsizliyi hədə altında idi və onlar çox sayda hərbi məğlubiyyətlərə uğradılar. Zənnimcə, Ermənistanın nöqteyi nəzərdən vəziyyət pisləşdirdi. Ona görə də, Ermənistan tərəfinin razılıq imzalamaq üçün bir motivi var idi. Fikrimcə, ruslar da şübhəsiz bunu etməklə simvolik qələbə qazanmaq istəyirdilər. Azərbaycan tərəfində isə məncə, Şuşa şəhərinin ələ keçirilməsi vacib simvolik bir qələbə idi və ehtimal ki, Bakının deeskalasiya etməsinə imkan verdi. Düşünürəm ki, deeskalasiyanın bir digər mümkün səbəbi Rusiya helikopterinin Azərbaycan qüvvələri tərəfindən vurulması oldu.

Adətən Rusiya helikopterinin vurulmasının nəticələri olur. Rusiya ermənilər üzərində onsuz da böyük təsir gücünə malik idi. Bu hadisə isə Rusiyaya Azərbaycan üzərində böyük təsir gücü verdi. Mən qeyd etmək istərdim ki, mən Azərbaycan tərəfinin Rusiyanın sülhməramlılarına razılaşdığına bir az təəccübləndim. Düşünürəm ki, onlar otuz il və eşitdiyimə görə hətta son həftələrdə də buna müqavimət göstərirdilər. Ona görə də məncə, son bir neçə gündə nə isə dəyişdi ki, o da bu hadisə ola bilər.

Amerikanın Səsi: Yeni sazişdə Türkiyənin müdaxiləsi ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Siz Türkiyənin müdaxiləsi ilə bağlı nə düşünürsünüz? Türkiyə orada uzun müddət qala bilərmi?

Pol Stronski: Məncə, əlbəttə ki, Türkiyə bir amil idi. Zənnimcə, Türkiyənin rəsmi Bakıya diplomatik dəstəyi prezident Əliyevə uzun müddət Rusiyanın təzyiqinə müqavimət göstərməyə imkan verdi. Hesab edirəm ki, Türkiyənin hərbi və kəşfiyyat dəstəyi, o cümlədən dronlar, Azərbaycanın müharibə səylərinə yardım etdi və onların Ermənistan ordusunu geri çəkmək yolunda müvəffəq olmalarına kömək etdi. Ona görə də hərbi və diplomatik perspektivdən Türkiyənin yardmı çox mühüm idi. Amma mənim oxuduğum sənəddən, ən azından oxuduğum rus versiyasından Türkiyənin hansı rol oynayacağı mənə bəlli deyil. Mən həmin sənəddə Türkiyəyə dair çox şey görmədim. Belə görünür ki, Türkiyə haqda elə prezident Əliyev danışdı. Əlbəttə ki, mən Türkiyənin müəyyən mənada monitorinq missiyasının olacağını düşünürəm və çox ehtimal ki, Azərbaycan ərazisində.
Türkiyənin adı çəkilən birgə mərkəzdə nə iş görəcəyi aydın deyil. Amma düşünürəm ki, Türkiyə özünü Cənubi Qafqaza daxil etdi və orada qalacaq. Və məncə, Azərbaycan Türkiyənin orda olmasından tamamilə razıdır. ​

Amerikanın Səsi: Hər münaqişədə davamlılıqlar və dəyişikliklər olur. Sizcə bu müharibə nə cür dəyişikliklərə səbəb oldu?

Pol Stronski: Birincisi, bu müharibə tərəflərin yerini dəyişdi. Gedişatıı dəyişdi. Əvvər Ermənistan strateji ərazilərin çoxuna nazarət edirdi. İndi isə Azərbaycan nəzarət edir. Yəni qüvvələrin yerləşdirilməsində fundamental dəyişiklilər baş verdi.

Məncə, bu, böyük dəyişiklikdir. Zənnimcə, həmçinin hər iki ölkədə münasibətlər sərtləşdi. Çünki müharibə baş verdiyi zaman onu unutmaq olmur. Bu müharibə həmçinin iki xalq arasında uzunmüddətli barışığı da çətinləşdirdi.

Düşünürəm ki, burada həm də oyunu dəyişən bir məsələ baş verdi. Ruslar sülhməramlılarını yerləşdirməklə regiona daxil ola bildirlər ki, onlar 30 ildir bunu istəyirdilər amma edə bilmirdilər. Bu, oyunu dəyişir. Türkiyənin müdaxiləsi və Qərbin uzaqlaşdığı bir vaxt Türkiyənin nüfuzunun artması da həmçinin. Biz həm də yaşadığımız daha dağınıq çoxqütblü dünyada regional dəyişikliklərə şahid olduq.

XS
SM
MD
LG