"Məhkəmədən ədalətli qərar gözləmirəm"
Sentyabrın 22-də Bakı Ağır Cinayətlər məhkəməsində "Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Əfqan Sadıqov mayın 13-də saxlanılıb. Binəqədi Rayon Məhkəməsi onu hədə-qorxu ilə əmlak tələb etmək ittihamı ilə 4 ay müddətinə həbs edib. İstintaqın bildirdiyinə görə, Əfqan Sadıqov 'xəbərfakt'.az saytının redaktoru Sakit Muradov ilə birlikdə 10 min manat rüşvət alarkən cinayət başında saxlanılıb. Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilərək Sadıqovun barəsində məhkəmənin qərarı ilə həbs, Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib