Tofiq Yaqublunun hüquqularının müdafiəsi üçün işçi qrupu yaradılıb
Milli Şuraının və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunun hüquqlarının müdafiəsi üçün işçi qrupu yaradılıb. Bu barədə komitənin sentyabrın yeddisində keçirilən toplantısında qərar verilib. Toplantıda həm də Tofiq Yaqublunun vəkili Nemət Kərimli iştirak edib. O qeyd edib ki, Yaqublunun səhhəti aclığa başlayandan sonra pisləşib. Vəkil həm də yaxın günlərdə Avropa Məhkəməsinə müraciət edəcəklərini deyib. Qeyd edək ki, Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb. Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, etiraz olaraq aclığa başlayıb.
Episodes
-
Noyabr 17, 2024
ABŞ-da seçilən prezident üçün keçid dövrü həftələrlə vaxt çəkir
-
Noyabr 15, 2024
"Arşın mal alan" Ankarada yenidən səhnələndi