"Tofiq Yaqublu məhkəmə heyətinin diqqətinə çatdırdı ki, qələbəyədək aclığı davam etdirəcək"
Sentyabrın 2-də Nizami rayon Məhkəməsində Milli Şuranın və Müsavat Partiyanın üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi keçirilib. Tofiq Yaqublu həbsinə və ədalətsiz mühakiməsinə etiraz olaraq məhkəmə zalında aclığa başladığını elan edib. "Tofiq Yaqublu məhkəmə heyətinin diqqətinə çatdırdı ki, qələbəyədək aclığı davam etdirəcək," onun qızı Nigar Həzi qeyd edib. Tofiq Yaqublu barədə hökmün oxunması sentyabrın 3-dək təxirə salınıb. Dövlət itthamçısı məhkəmədən Yaqubluya 4 il 6 ay həbs istəyib. Nigar Həzi atasının sağlamlığına görə, hakimiyyətin məsuliyyət daşıdığını bildirib. Məhkəmədən sonra bir qrup ictimai fəal etiraz olaraq yürüş keçirib. Aksiyada "İstefa!", "Tofiq Yaqubluya azadlıq!", "Siyasi məhbuslara azadlıq!" və digər şüarlar səsləndirilib.
Episodes
-
Yanvar 13, 2025
Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edilib
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?
-
Yanvar 10, 2025
Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb