Tofiq Yaqublunun işi üzrə növbəti məhkəmə iclası keçirilib
Avqustun 12-də Bakının Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Proses açıq olsa da, karantin rejimi olduğundan ictimaiyyətin nümayəndələri və jurnalistlər məhkəmə zalına buraxılmayıb. Növbəti məhkəmə iclası avqustun 14-ü, saat 11:00-a təyin edilib. Tofiq Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" avtomobili ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib." Yaqublunun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma Tofiq Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib