Təbiətsevərlər heyvanları istismar edən restoranları boykot edir
Son illər meşə ərazilərində yerləşən bir neçə istirahət mərkəzlərində heyvanat parkları qurulduğu müşahidə olunur. Heyvansevərlər və təbiətsevərlər hesab edir ki, heyvanları müştəri cəlb etmək üçün istifadə olunması heyvanların istismardır və yolverilməzdir. Ötən həftə Ismayıllı rayon ərazisində yerləşən "Günəş park", restoranında heyvanat parkının olmasına sosial şəbəkələrdə boykot edən ekoaktivistlərdən biri Cavid Qara deyir ki, bu, kütləyə təbiəti düzgün olmayan formada təbliğidir. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Facebook səhifəsində "Günəş park" restoranının sahibi Sərxan İsgəndərov barəsində protokol tərtib olunması və 2000 AZN məbləğində cərimə edilməsi haqqında bildirilib. Aktivistlər Nazirliyinin bu addımından narazı qaldıqlarını və məsələnin kökdən həll olunmasını tələb edirlər.
Episodes
-
Noyabr 17, 2024
ABŞ-da seçilən prezident üçün keçid dövrü həftələrlə vaxt çəkir
-
Noyabr 15, 2024
"Arşın mal alan" Ankarada yenidən səhnələndi