Accessibility links

Bakı şəhərinin küçə və prospektlərində quraşdırılmış postlar ləğv edildi


Bakı şəhərinin küçə və prospektlərində quraşdırılmış postlar ləğv edildi
please wait

No media source currently available

0:00 0:01:53 0:00

Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar iyul ayının 2-də Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları ləğv edildi. Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacağı, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcəyi bildirildi. Məlumatda, həmçinin, iyulun 2-dən bütün qapalı məkanlar, ictimai nəqliyyat, şəhərin hər küçəsində, məhəllələrdə və məhəlləarası yollarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ilə birlikdə piyada naryadları daha da gücləndirilmiş rejimdə xidmət aparacağı qeyd edilmişdi. Şəhərin müxtəlif hissələrində çəkilmiş videogörüntüləri sizə təqdim edirik.

XS
SM
MD
LG