"Bu iş mənim həm terapiyamdır, həm də özümüifadə tərzim"
Nərmin Dadaşova "Oymaqsız" əl işlərinin yaradıcısıdır. Artıq 1 ilə yaxındır ki, bu işlə məşğul olur. Əvvəllər müxtəlif sahələrdə çalışan Nərmin, özünü bu işdə tapdığını düşünür. O, bütün aksesuarları oymaq istifadə etmədən hazırlayır. "Oymaqsız” adı da məhz buradan gəlir. "Oymaqsız”ı brendə çevirmək, tanınan və sevilən bir aksesuar markası etmək Nərminin ən böyük hədəfidir. Bundan əlavə o həm də, komanda halında çalışmaq istəyir. O düşünür ki, bu işə marağı olan, müxtəlif zövq və ideyaları olan insanlarla işləmək daha faydalı və maraqlı olar”. Son 3-4 aydır davam edən karantin dövründə isə öz bacarıqlarını təkmilləşdirməklə məşğul olub.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib