"Bəsdir əyildin! Susma, sən də DİN!"
Gənc fəal Qiyas İbrahimov iyunun 9-da polis zorakılığına etiraz aksiyası keçirib. Yaşadığı binanın damına çıxan fəal üzərinə “Bəsdir əyildin. Susma, sən də din!” şüarı yazılmış plakatı oradan asıb. O, bununla polisin iyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binada keçirdiyi əməliyyata etirazını bildirib. Hadisə yerinə gələn polislər Qiyas İbrahimovu Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə aparıblar. Polis bölməsinə oğlu ilə birgə daxil olan Şura Əmiraslanova az sonra bayıra çıxıb və jurnalistlərə açıqlamasında bildirib ki, polislər ona Qiyas İbrahimovun izahat yazandan sonra sərbəst butaxılacağını deyiblər. Qiyas İbrahimov bir neçə saat polis bölməsində saxlanıldıqdan sonra polis avtomobilinə mindirilərək oradan aparılıb. Vəkil Elçin Sadıqov bildirib ki, İbrahimova qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə protokol tərtib ediblər. Bu zaman bir qrup fəal polsi bölməsinin qarşısında “Azad et!” şüarı ilə aksiya keçirib.
Mövzuya uyğun
Episodes
-
Yanvar 10, 2025
Ruslan İzzətlinin şikayəti təmin edilməyib
-
Yanvar 09, 2025
Həkimlikdən rəssamlığa gələn Ananın hekayəsi
-
Yanvar 09, 2025
Məhkəmə jurnalist Müşfiq Cabbarın şikayətini təmin etməyib