Accessibility links

10 yaşlı Nərminin qətlində ittiham edilən Ilkin Süleymanovun məhkəməsi baş tutub


10 yaşlı Nərminin qətlində ittiham edilən Ilkin Süleymanovun məhkəməsi baş tutub
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Ötən ilin noyabr ayında Tovuzun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın faciəvi qətlində şübhəli şəxs kimi saxlanılan İlkin Süleymanovun bugün, iyunun 3-də Səbail rayon məhkəməsində qapalı məhkəmə prossesi baş tutub. İlkinin vəkilləri ona edilən işgəncələr ilə bağlı Baş Prokurorluğa şikayət edib, buna görə məsuliyyət daşıyan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Lakin Baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovun qərarı ilə şikayətin əsassız olduğu və ona görə də cinayət işi başlanmasının rədd olunması haqda qərar imzalanıb. Müdafiəçilər həmin qərarın ləğvi üçün bir neçə gün öncə məhkəməyə müraciət ediblər. İyunun 3-də Səbail rayon Məhkəməsində sözügedən şikayətə baxılıb. Qapalı keçirilən məhkəmə iclasına İlkin Süleymanovun özü şəxsən gətirilib. Vəkil Əlibaba Rzayevin Amerikanın səsi-nə verdiyi məlumata görə, məhkəmə vəsatətləri təmin etməyib. Qeyd edək ki, 10-yaşlı Nərmin Quliyevanın yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb. Yanvarın 10-da Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq Nərmin Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İlkin Süleymanovun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlamışdı.

XS
SM
MD
LG